Əsas səhifəÖlkəBaş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq etdi: Yollarda görmə məsafəsi məhdudlaşacaq!
PAYLAŞ

Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq etdi: Yollarda görmə məsafəsi məhdudlaşacaq!

Ölkə 08 iyun 2023 13:00 709

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, bu gün ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, yağış yağacağı gözlənilir.

Yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görmə məsafəsinin 500-800 metrədək məhdudlaşacağı ehtimal olunduğundan, Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək onları yola çıxarkən diqqətli olmağa, xüsusilə sürücüləri yol və meteoroloji şəraiti nəzərə almağa, sürət həddini minimuma endirməyə, nəqliyyat vasitələrinin texniki sazlığını nəzarətdə saxlamağa, təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020