Əsas səhifəÖlkə“Əziz Şuşa” beynəlxalq velosiped turnirinin dördüncü mərhələsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciəti
PAYLAŞ

“Əziz Şuşa” beynəlxalq velosiped turnirinin dördüncü mərhələsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciəti

Ölkə 10 iyun 2023 13:00 1973

Ölkəmizin beynəlxalq aləmdə artan nüfuzuna daha bir töhfə verən "Əziz Şuşa Beynəlxalq Velosiped Turniri”nin üçüncü mərhələsi başa çatıb.

Bu gün yarışın dördüncü mərhələsinə Gəncə şəhərindən start veriləcək. İdmançılar əvvəlcədən müəyyən edilmiş marşrut üzrə Gəncə-Şəmkir avtomobil yolundan keçib Göygöl rayonu istiqamətində hərəkət edərək növbəti finiş xəttini Göygöl Dövlət Təbiət Qoruğunda keçəcəklər. Tur səhər saat 10:30-dan 15:00-dək davam edəcək.

Mötəbər idman yarışının təhlükəsiz şəraitdə keçməsi üçün sürücülərdən qeyd olunan müddət ərzində velosipedçilərin hərəkət edəcəyi yollardan mümkün qədər istifadə etməməyi xahiş edirik.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020