Əsas səhifəÖlkəQurban bayramı ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciəti
PAYLAŞ

Qurban bayramı ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciəti

Ölkə 25 iyun 2023 21:00 1621

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn Qurban bayramı münasibəti ilə hərəkət iştirakçılarını təbrik edir, bayram günlərinin xoş əhval-ruhiyyə ilə keçirilməsi üçün onları küçə və yollarda təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.    

Bayramla əlaqədar qeyri-iş günləri şəhər sakinlərinin rayonlara və bölgələrdəki istirahət mərkəzlərinə səfər etmələrinə şərait yaradacaq ki, bununla da avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyinin yüksələcəyi ehtimal olunur.

Vətəndaşların mənzil başına sağ-salamat çatması, bayramı xoş əhval-ruhiyyə ilə keçirməsi üçün, Baş Dövlət Yol Polisi İdarəsi səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilin texniki vəziyyətinə diqqət yetirməyi, yolboyu qaydalara ciddi riayət etməyi, sürücülərlə yanaşı sərnişinlərin də təhlükəsizlik kəmərlərini bağlamalarını, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi tövsiyə edir.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020