Əsas səhifəÖlkəBaş Dövlət Yol Polisi İdarəsinin Bakı-Quba yolunda aparılan təmir-quraşdırma işləri ilə əlaqədar sürücülərə müraciəti
PAYLAŞ

Baş Dövlət Yol Polisi İdarəsinin Bakı-Quba yolunda aparılan təmir-quraşdırma işləri ilə əlaqədar sürücülərə müraciəti

Ölkə 11 avqust 2023 16:00 1499

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 128.6-cı kilometrliyində, yolun hər iki tərəfində elektron tərəzilərin quraşdırılması ilə əlaqədar aidiyyəti qurum tərəfindən hərəkətin təşkilində müvəqqəti dəyişiklik edilib. Hazırda yolda təhlükəsizliyin təmin edilməsi və hərəkət intensivliyinin nizamlanması üçün DYP tərəfindən zəruri tədbirlər görülür.

Lakin təəssüf ki, bəzi sürücülər səbirsizlik nümayiş etdirərək yolun məhdudiyyət tətbiq olunan hissəsindən yan keçmək məqsədilə torpaq yoldan istifadə etməklə əsas yola çıxmağa çalışırlar ki, bu da sürüşmə, aşma, toqquşma kimi qəzalı vəziyyətlərin, süni sıxlığın, eləcə də digər hərəkət iştirakçılarında haqlı narazılıqların yaranmasına səbəb olur.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qəzaların və digər xoşagəlməz hadisələrin baş verməməsi üçün sürücülərə müraciət edərək onlardan sözügedən ərazidə hərəkət edərkən diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə, yol hərəkəti qaydalarına riayət etməyi, mövcud vəziyyəti anlayışla qarşılamağı və digər hərəkət iştirakçılarına münasibətdə ehtiramla davranmağı xahiş edir.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020