Əsas səhifəÖlkəDİN-in Baş Dövlət Yol Polisi İdarəsi rəsmi sosial media hesablarını elan edir
PAYLAŞ

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi rəsmi sosial media hesablarını elan edir

Ölkə 11 avqust 2023 12:00 1460

Daxili işlər orqanlarında vətəndaş məmnunluğunun, eləcə də polisə əlçatanlığın təmin edilməsi məqsədilə yaradılmış imkanların daha da genişləndirilməsi xidməti fəaliyyətimizin prioritet istiqamətlərindən biridir.  

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsində ictimai rəyin mühüm əhəmiyyət kəsb etdiyini və bu istiqamətdə sosial medianın imkanları ilə bağlı müasir çağırışları nəzərə alaraq, yeni yaradılmış sosial media platformalarını əhalinin istifadəsinə təqdim edir.

Həmin rəsmi sosial şəbəkə hesabları aşağıdakılardır:

 

Facebook: https://www.facebook.com/dyp.polisazerbaycan/

Instagram: https://www.instagram.com/dyp.polisazerbaycan/

Youtube:   https://www.youtube.com/channel/UCao3jYoO8kFnHkLAC3oBCDg

Telegram: https://t.me/dyp_polisazerbaycan

Tiktok:       https://www.tiktok.com/@dyp_gov.az

 

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə, o cümlədən yol hərəkəti iştirakçılarına müraciət edərək onları yaradılmış şəraitdən səmərəli istifadə etməyə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində ictimai iştirakçılığın daha geniş vüsət almasına töhfə verməyə çağırır.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020