Əsas səhifəÖlkəGürcüstan Respublikasına səfər edən Azərbaycan Respublikasının vətəndaşları barədə tətbiq edilmiş inzibati cərimələrin ölkəmizdə elektron xidmətlər vasitəsilə ödənilməsi qaydaları ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin məlumatı
PAYLAŞ

Gürcüstan Respublikasına səfər edən Azərbaycan Respublikasının vətəndaşları barədə tətbiq edilmiş inzibati cərimələrin ölkəmizdə elektron xidmətlər vasitəsilə ödənilməsi qaydaları ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin məlumatı

Ölkə 06 sentyabr 2023 19:00 2546

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinə istinadən bildirir ki, həmin ölkəyə səfər etmiş vətəndaşlarımız barədə Gürcüstan Respublikası Daxili İşlər Nazirliyinin Patrul Polis Departamenti tərəfindən tətbiq edilmiş inzibati cərimələrin elektron xidmətlər vasitəsilə ödənilməsi mümkündür.

Bu məqsədlə, Gürcüstan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi internet saytı olan https://videos.police.ge/ , eləcə də real vaxt rejimində (onlayn)  ödəmə imkanı verən https://police.ge/protocol/index.php veb səhifələrdə identikləşdirmə üçün müvafiq rekvizitlər daxil etməklə şəxs barəsində yol hərəkəti qayda pozuntuları ilə bağlı tətbiq edilmiş inzibati tənbeh tədbirləri haqda məlumatlar əldə edə və inzibati cərimələr üzrə ödəmələr aparıla bilər.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020