Gürcüstan Respublikasına səfər edən Azərbaycan Respublikasının vətəndaşları barədə tətbiq edilmiş inzibati cərimələrin ölkəmizdə elektron xidmətlər vasitəsilə ödənilməsi qaydaları ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin məlumatı
Ölkə
06 sentyabr 2023 19:00
2535
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinə istinadən bildirir ki, həmin ölkəyə səfər etmiş vətəndaşlarımız barədə Gürcüstan Respublikası Daxili İşlər Nazirliyinin Patrul Polis Departamenti tərəfindən tətbiq edilmiş inzibati cərimələrin elektron xidmətlər vasitəsilə ödənilməsi mümkündür.
Bu məqsədlə, Gürcüstan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi internet saytı olan
https://videos.police.ge/ , eləcə də real vaxt rejimində (onlayn) ödəmə imkanı verən
https://police.ge/protocol/index.php veb səhifələrdə identikləşdirmə üçün müvafiq rekvizitlər daxil etməklə şəxs barəsində yol hərəkəti qayda pozuntuları ilə bağlı tətbiq edilmiş inzibati tənbeh tədbirləri haqda məlumatlar əldə edə və inzibati cərimələr üzrə ödəmələr aparıla bilər.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər