Əsas səhifəÖlkəTəhlükəsizlik kəməri bizi həyata bağlayan bağdır
PAYLAŞ

Təhlükəsizlik kəməri bizi həyata bağlayan bağdır

Ölkə 09 sentyabr 2023 17:00 1287

Müasir avtomobillərdə sürücü və sərnişinlərin təhlükəsizliyini təmin edən əsas vasitələrdən biri təhlükəsizlik kəməridir. Təcrübə göstərir ki, yol-nəqliyyat hadisələrində təhlükəsizlik kəmərindən istifadə edən sürücü və ya sərnişin, kəmərdən istifadə etməyənlərə nisbətən daha yüngül xəsarət alır. Bir çox hallarda isə onlar məhz təhlükəsizlik kəmərindən istifadə etdiklərinə görə həyatlarını itirmirlər.

Ölkəmizdə qanunvericiliyin tələbinə əsasən, bir neçə hal istisna olmaqla sürücü və sərnişinlər avtomobildə təhülkəsizlik kəmərini bağlamalıdır. “Yol hərəkəti haqqında” qanunda göstərilir ki, sürücü hərəkətə başlamazdan əvvəl avtomobildə olan sərnişinlərin təhlükəsizlik kəmərlərini bağlamalarını təmin etməlidir. Yəni, ən azından sürücü bu barədə sərnişinlərə xəbərdarlıq etməlidir.

Hərəkət vaxtı sərnişinlərinin təhlükəsizlik kəmərlərini bağlamalarına nail olan sürücü, həm qanunun tələbini yerinə yetirmiş, həm də gələcəkdə özü üçün yarana biləcək hüquqi problemlərin qarşısını almış olur. Sərnişinlər də təhülkəsizlik kəmərini bağlamaqla özlərinin həyat və sağlamlıqlarını, sürücüləri isə hüquqi məsuliyyətdən sığortalamış olurlar.

Unutmayaq ki, təhlükəsizlik kəməri avtomobildə hərəkət zamanı bizi həyata bağlayan bağdır.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020