Əsas səhifəÖlkə“Diqqət, uşaqlar!” adlı təhlükəsizlik aylığı uğurla davam edir!
PAYLAŞ

“Diqqət, uşaqlar!” adlı təhlükəsizlik aylığı uğurla davam edir!

Ölkə 07 oktyabr 2023 15:00 529

DİN rəhbərliyinin yeni dərs ilinin başlanması ilə əlaqədar verdiyi göstərişə əsasən, hazırda respublika ərazisində “Diqqət uşaqlar!” adlı hərəkətin təhlükəsizliyi aylığı keçirilir.

Aylıq çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə xarakterli görüşlərin keçirilməsi təhlükəsizlik aylığının əsas leytmotivini təşkil edir.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə birgə Sumqayıt şəhər 1 və 10 nömrəli tam orta məktəblərdə keçirdiyi bu qəbildən olan görüşlərdə innovativ vasitələrdən istifadə etməklə təhsilalanlara mövzu ilə bağlı geniş məlumat verilib, maraqlı diskusiyalar aparılıb.

Yüzdən çox şagirdin, eləcə də valideynlərin, Sumqayıt Uşaq-Gənclər İnkişaf Mərkəzinin və media nümayəndələrinin qatıldığı tədbirdə çıxış edən natiqlər belə görüşlərin uşaq və yeniyetmələr arasında yol hərəkəti mədəniyyətinin formalaşmasına mühüm töhfələr verdiyini vurğulayıblar.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020