Əsas səhifəÖlkəAbşeron və Bakı məktəbliləri yol hərəkəti qaydaları ilə bağlı maarifləndirildi
PAYLAŞ

Abşeron və Bakı məktəbliləri yol hərəkəti qaydaları ilə bağlı maarifləndirildi

Ölkə 12 oktyabr 2023 16:00 1061

Təhsilalanlara küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması, onların bu sahədə məsuliyyət hissinin daha da gücləndirilməsi, eləcə də DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin “Diqqət, uşaqlar!” adlı hərəkətin təhlükəsizliyi aylığı çərçivəsində nəzərdə tutulmuş aidiyyəti məsələlərin müzakirəsi məqsədilə təhsil müəssisələrində görüşlər davam etdirilir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin aidiyyətli qurumlarının təşkilatçılığı ilə Baş DYP İdarəsinin əməkdaşlarının məktəblilərlə növbəti görüşü Bakı şəhər 7 nömrəli, Abşeron rayonu Masazır kənd 5 nömrəli və Məhəmmədi kənd tam orta məktəblərində keçirilib.

Yüz əllidən çox məktəblinin, eləcə də valideyn və təhsil işçılərinin iştirakı ilə keçirilən görüşlərdə çıxış edən məruzəçilər yollarda uşaq travmatizminin minimuma endirilməsi istiqamətində görülən işlər, qarşıda duran vəzifələrdən danışıb, bu sahədə uşaq və yeniyetmələr arasında məsuliyyət hissinin daha da gücləndirilıməsinin mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020