Əsas səhifəÖlkəSumqayıt və Xızı məktəbliləri həmyaşıdlarına səsləndilər!
PAYLAŞ

Sumqayıt və Xızı məktəbliləri həmyaşıdlarına səsləndilər!

Ölkə 10 oktyabr 2023 16:00 315

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin “Diqqət, uşaqlar!” devizi ilə başlatdığı hərəkətin təhlükəsizliyi aylığı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin aidiyyətli qurumlarının dəstəyi ilə davam edir. Respublikamızın bütün təhsil ocaqlarında keçirilməsi vacib olan sözügedən tədbirə bu dəfə Sumqayıt şəhər 31 nömrəli və Xızı şəhər Rafiq İsmayılov adına tam orta məktəbin şagirdləri qoşulub.

Ümumilikdə 290-dək şagirdin, eləcə də valideyn, təhsil işçiləri və media nümayəndələrinin iştirakı ilə keçirilən görüşlərdə şagirdlərin yol hərəkəti qaydaları ilə bağlı bilik və bacarıqları yoxlanılıb, mövzuya dair hazırladıqları viktorina və səhnəciklər izlənilib. Məktəblilər həmyaşıdlarına müraciət edərək onları yollarda qaydalara əməl etməyə çağırıblar.

Çıxış edən məruzəçilər "Diqqət uşaqlar!" adlı təhlükəsizlik aylığının əhəmiyyətindən danışıb, təşkilati-hüquqi, xüsusilə təbliğat-təşviqat və maarifləndirmə xarakterli tədbirlərin həyata keçirilməsini özündə ehtiva edən bu tip tədbirlərin uşaq və yeniyetmələr arasında yol hərəkəti mədəniyyətinin formalaşmasında əhəmiyyətli rol oynadığını bildiriblər.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020