Əsas səhifəÖlkə“Diqqət, uşaqlar!” aylığ çərçivəsində növbəti görüşlər keçirildi.
PAYLAŞ

“Diqqət, uşaqlar!” aylığ çərçivəsində növbəti görüşlər keçirildi.

Ölkə 09 oktyabr 2023 16:00 657

Hazırda DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Diqqət, uşaqlar!” adlı hərəkətin təhlükəsizliyi aylığı çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə xarakterli görüşlər davam etdirilir. Növbəti tədbirlər Abşeron-Xızı Regional Təhsil İdarəsinin məsul əməkdaşlarının təşkilatçılığı ilə Sumqayıt şəhər 7 və 12 nömrəli tam orta məktəblərdə həyata keçirilib. Görüşlərdə şagirdlərin yol hərəkəti qaydaları ilə bağlı təhsil ocaqlarında öyrəndikləri biliklərin, yiyələndikləri vərdişlərin hər zaman onların köməyinə çataçağı xüsusilə vurğulanıb, bununla yanaşı ölkəmizdə həyata keçirilən yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramının məqsədlərinə uyğun olaraq, bu sahədə daha səmərəli və innovativ tədbirlərin tətbiqi ilə bağlı DİN-in Baş DYP İdarəsi tərəfindən zəruri addımlar atıldığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

300-dən çox məktəblinin, eləcə də valideyn və təhsil işçılərinin iştirakı ilə keçirilən görüşlərdə şagirdlər tərəfindən yol hərəkəti təhlükəsizliyinin təbliğinə həsr olunmuş səhnəciklər nümayiş olunub, onların sualları cavablandırılıb.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020