Əsas səhifəÖlkəXaçmazda uşaqlar 1 günlük yol polisi oldular
PAYLAŞ

Xaçmazda uşaqlar 1 günlük yol polisi oldular

Ölkə 25 oktyabr 2023 16:00 1153

Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayonun 7 saylı tam orda məktəbinin 2-ci sinif şagirdləri ilə birgə Xaçmaz şəhəri ərazisində "Yollarda ölümsüz bir gün!" devizi altında tədbir keçiriblər.

Polis əməkdaşlarının nəzarəti ilə uşaqlara əyami formada yollardan və səkilərdən istifadə qaydaları göstərilib, yol nişanları barədə ətraflı məlumatlar verilib. Uşaqlar 1 günlük yol polisi olaraq sürücü və piyadaları dayandırıb, onlara yollarda ehtiyatlı olmağı xatırladıblar.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, dərs ilinin başlanması ilə əlaqədar olaraq yollarda uşaqların həyat və sağlamlığının qorunması, eyni zamanda uşaqlara az yaşından yol hərəkəti qaydalarının aşılanması məqsədilə bu növ tədbirlər bundan sonra da davamlı olaraq həyata keçiriliəcək.

Tədbirin sonunda məktəblilərlə polis əməkdaşları xatirə şəkli çəkdiriblər.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020