Əsas səhifəÖlkəHeydər Əliyev Mərkəzində orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Yollarda təhlükəsiz davranışı öyrənək” adlı III intellektual yarış keçirilib
PAYLAŞ

Heydər Əliyev Mərkəzində orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Yollarda təhlükəsiz davranışı öyrənək” adlı III intellektual yarış keçirilib

Ölkə 28 noyabr 2023 16:00 1142

Hazırda ölkəmizdə icra olunan yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramının yollarda uşaq travmatizminin minimuma endirilməsi hədəfləri çərçivəsində təşkil olunan sözügedən yarış, məktəblilər arasında yol hərəkəti təhlükəsizliyinin təbliği, onların bu sahədə bilik və vərdişlərinin daha da möhkəmləndirilməsi məqsədilə reallaşdırılıb.

Bakı şəhərinin 55 orta ümumtəhsil məktəbinin 7-8-ci sinif şagirdlərindən ibarət komandaların iştirak etdiyi yarış DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisinin də üzv olduğu Münsiflər Heyəti və Təşkilat Komitəsi tərəfindən idarə olunub.

Yarışın yekun nəticəsinə əsasən, Kimya-biologiya təmayüllü respublika liseyi birinci, 86 nömrəli məktəb-lisey ikinci, Akademik Zərifə Əliyeva adına lisey isə üçüncü yeri tutub.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020