Əsas səhifəÖlkəDYP-nin yol hərəkəti qaydalarının təbliği sahəsində təhsilverənlərə dəstəyi uğurlu nəticələr vəd edir
PAYLAŞ

DYP-nin yol hərəkəti qaydalarının təbliği sahəsində təhsilverənlərə dəstəyi uğurlu nəticələr vəd edir

Ölkə 06 dekabr 2023 13:00 1078

Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərində yaradılmış “Yol hərəkəti qaydaları” adlı dərnəklərdə təhsilverənlərə əməli köməklik göstərilməsi məqsədilə Elm və Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin DİN-in Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə həyata keçirdiyi layihə uğurla davam edir.

Ötən tədris ilindən icrasına başlanılmış sözügedən layihənin ilkin mərhələsində respublikanın 52 rayonunda fəaliyyət göstərən UGİM-lərin 117 müəllimi iştirak edib.

Paytaxtın ixtisaslı pedaqoqları ilə yanaşı DYP əməkdaşlarının da aktiv iştirak etdiyi “Yollar, qaydalar və biz” adlı növbəti tədbir Mingəçevir Uşaq-Gənclər İnkişaf Mərkəzində təşkil olunub.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020