Əsas səhifəÖlkəBaş Dövlət Yol Polisi İdarəsinin avtomobil yollarındakı mövcud vəziyyətlə bağlı hərəkət iştirakçılarına müraciəti
PAYLAŞ

Baş Dövlət Yol Polisi İdarəsinin avtomobil yollarındakı mövcud vəziyyətlə bağlı hərəkət iştirakçılarına müraciəti

Ölkə 07 dekabr 2023 12:00 1170

Hazırda respublika ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar paytaxt ərazisində, eləcə də ölkənin avtomobil yollarında duman müşahidə edilir.

Dumanlı hava səbəbindən yollarda yaranan məhdudiyyətli görünmə nişanların, nişanlama xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında və aydın görünməsinə maneə yaratdığı üçün sürücülər belə havalarda daha diqqətli olmalı, sürət həddini hava şəraitinə uyğun seçməli, nəqliyyat vasitəsinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmalı, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməli, xoşagəlməz hadisələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməlidir.

Piyadalar da dumanlı hava şəraitində  sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükəyə atmamalı, belə havalarda yola çıxarkən daha məsuliyyətli olmalıdırlar.

 

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020