Əsas səhifəÖlkəBaş DYP İdarəsinin mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏTİ
PAYLAŞ

Baş DYP İdarəsinin mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏTİ

Ölkə 13 yanvar 2024 12:55 994

Xəbərdarlıq edildiyi kimi hazırda ölkə ərazisində küləklə müşahidə olunan yağışlı, qarlı hava hökm sürür.

Qeyri-sabit hava şəraitinin yollarda xoşagəlməz hadisələrə səbəb olmaması üçün Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarına müraciət edərək onları ehtiyatlı olmağa, yolların sürüşkənliyini nəzərə alaraq sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə çağırır.

Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı yüksək olduğundan təcrübəsiz sürücülərin həmin ərazilərdə avtomobil idarə etməkdən çəkinməsi, belə bölgələrdə idarə olunan avtomobillərin mövsümə uyğun şinlərlə təchiz edilməsi tövsiyə olunur.

Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi piyadalara səslənərək onlardan əlverişsiz hava şəraitinin yaratdığı çətinlikləri nəzərə alaraq, yollarda öz həyat və sağlamlıqlarına qarşı daha diqqətli olmağı, yol hərəkəti qaydalarına sözsüz əməl etməyi xahiş edir.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020