Əsas səhifəÖlkəTəhlükəsizlik kəməri bizi həyata bağlayan bağdır
PAYLAŞ

Təhlükəsizlik kəməri bizi həyata bağlayan bağdır

Ölkə 12 fevral 2024 10:40 1252

Müasir avtomobillər uzun inkişaf yolu keçsə də, passiv təhlükəsizlik sisteminə aid olan təhlükəsizlik kəməri bu gün də sürücü və sərnişinləri qoruyan əsas vasitələrdən biridir. Dəfələrlə təsdiq olunub ki, yol-nəqliyyat hadisələrində təhlükəsizlik kəmərindən istifadə edən sürücü və ya sərnişinlər, kəmərdən istifadə etməyənlərə nisbətən daha yüngül xəsarət alır. Bir çox hallarda isə onlar məhz kəməri bağladıqları üçün sağ qalır. Təəssüflə qeyd etməliyik ki, 2023-cü il ərzində yol qəzalarında həlak olan sürücü və sərnişinlərin 32,1 faizi, yaralananların isə 31,0 faizi təhlükəsizlik kəmərini bağlamayan şəxslər olub. Qanunvericiliyin tələbinə əsasən, bir neçə hal istisna olmaqla sürücü və sərnişinlər avtomobildə təhülkəsizlik kəmərini bağlamalıdır. Bununla yanaşı, sürücü hərəkətə başlamazdan əvvəl avtomobildə olan sərnişinlərin təhlükəsizlik kəmərlərini bağlamalarını təmin etməlidir. Yəni, ən azından sürücü bu barədə sərnişinlərə xəbərdarlıq etməlidir. Hərəkət vaxtı sərnişinlərinin təhlükəsizlik kəmərlərini bağlamalarına nail olan sürücü, həm qanunun tələbini yerinə yetirir, həm də gələcəkdə özü üçün yarana biləcək hüquqi problemlərin qarşısını alır. Sərnişinlər də təhülkəsizlik kəmərini bağlamaqla özlərinin həyat və sağlamlıqlarını, sürücüləri isə hüquqi məsuliyyətdən sığortalamış olurlar. Unutmayaq ki, təhlükəsizlik kəməri avtomobildə hərəkət zamanı bizi həyata bağlayan bağdır.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020