Əsas səhifəÖlkəNasaz avtomobillə yüksək sürətli avtomobil yoluna çıxan sürücü barəsində tədbir görüldü
PAYLAŞ

Nasaz avtomobillə yüksək sürətli avtomobil yoluna çıxan sürücü barəsində tədbir görüldü

Ölkə 13 fevral 2024 14:15 1112

Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunda idarə etdiyi nasaz nəqliyyat vasitəsilə digər hərəkət iştirakçılarına təhlükə yaradan sürücü ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntü Baş DYP İdarəsində araşdırılıb. Araşdırma nəticəsində 99-ZY-691 dövlət qeydiyyat nişanlı avtomobili mühərriki nasaz vəziyyətdə idarə edən şəxsin Şirvan şəhər sakini Yavər Zaidov olduğu müəyyən edilib və həmin sürücü barəsində inzibati qanunvericiliyə uyğun tədbir görülüb. Baş Dövlət Yol Polisi İdarəsi bir daha nəqliyyat vasitələrinin sahiblərinə və sürücülərə müraciət edərək onları istifadələrində olan avtomobillərə vaxtında texniki qulluq göstərməyə, sazlığından əmin olmadıqları nəqliyyat vasitələrinin istismarından çəkinməyə çağırır və bu kimi səhlənkarlıqların sonradan ağır nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edir.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020