Əsas səhifəÖlkəCinayət əməlində təqsirləndirilən şəxs sürücülük hüququ olmadan saxta nömrə nişanlı avtomobildən istifadə edirmiş
PAYLAŞ

Cinayət əməlində təqsirləndirilən şəxs sürücülük hüququ olmadan saxta nömrə nişanlı avtomobildən istifadə edirmiş

Ölkə 15 fevral 2024 17:25 2253

Yol hərəkəti qaydalarını pozduğuna görə Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılan “Jiquli” markalı avtomobilin dövlət qeydiyyat nişanlarının saxta olduğu aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, nəqliyyat vasitəsini idarə etmə hüququ olmayan Abşeron rayon sakini Vidadi Yusifov Cinayət Məcəlləsinin müvafiq maddəsilə axtarışda olmaqla yanaşı, sözügedən “VAZ 2107” markalı avtomobili saxta üsulla hazırladığı 90-FL-009 dövlət qeydiyyat nişanları ilə etibarnaməsiz idarə edib. Həmin şəxs barəsində inzibati qanunvericiliyə uyğun tədbirlər görülməklə sonrakı araşdırma üçün aidiyyəti polis orqanına təhfil verilib.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020