Əsas səhifəÖlkəYol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobillərinin sürücüləri saxlanılıb
PAYLAŞ

Yol polisinin qanuni tələbinə əməl etməyən yük avtomobillərinin sürücüləri saxlanılıb

Ölkə 01.06.2024 13:45 1320

Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən yükdaşıma qaydalarını pozduqlarına görə “Saxla” işarəsi verilən 36-BK-066,  36-BM-066 və 99-XT-941 dövlət qeydiyyat nişanlı “Kamaz” markalı yük avtomobillərinin sürücüləri, Biləsuvar rayon sakinləri  - Qalib Ağayev, Elman Məmmədov və  Pərvin Bayramov polisin qanuni tələbinə tabe olmayaraq hərəkətlərini davam etdiriblər.

Görülən tədbirlər nəticəsində avtomobillər saxlanılıb. Araşdırma zamanı məlum olub ki, hər üç sürücü nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla idarə edirlər.

Bununla bağlı sürücülər barəsində qanunvericiliyə uyğun  protokol tərtib edilərək toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericilyə zidd olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən analoji qayda pozuntularına yol verilməsi hallarına hələ də rast gəlinir.

Təyinatından asılı olmayaraq istənilən yük Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş kütlə hədlərindən artıq olmamalı və qanunvericilikdə nəzərdə tutulmuş qaydada qablaşdırılmalıdır.

Bir daha yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin nəzərinə çatdırmaq istərdik ki, sözügedən qayda pozuntuları aşkar edildiyi təqdirdə qanunvericiliyə uyğun olaraq, avtomobilin hərəkəti qadağan edilməklə sürücülər altı yüz mаnаt məbləğində, icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla avtomobilin yüklənməsinə yol vermiş vəzifəli şəxslər min dörd yüz manatdan min yeddi yüz manatadək, hüquqi şəxslər isə dörd min manatdan beş min manatadək məbləğdə cərimə ediləcəklər.

Eyni zamanda sürücülər bilməlidirlər ki, məsuliyyətdən yayınamağa yönəlmiş qanunsuz əməllər həmin şəxslər barəsində tətbiq ediləcək inzibati sanksiyaların daha da ağırlaşmasına zəmin yaradır.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020