Normativ tələbləri pozan sürücü saxlanıldı
Ölkə
22.08.2024 21:15
301
Normativ tələblər pozulmaqla avadanlığı dəyişdirilmiş avtomobili təhlükəsizlik kəmərini bağlamadan, eləcə də ön dövlət qeydiyyat nişanı çıxarılmış vəziyyətdə idarə edən və bu əməllərin sosial şəbəkələrdə təbliğinə çalışan şəxs məsuliyyətə cəlb olunub. Belə ki, Şamaxı rayon sakini Sərxan Məmmədovun “NAZ LİFAN” markalı, 56-BF-644 dövlət qeydiyyat nişanlı avtomobillə törətdiyi inzibati hüquqpozmalarla bağlı sosial mediada yayımlanan videogörüntüləri araşdırılıb və o, Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən sözügedən avtomobili etibarnaməsiz idarə etdiyi üzə çıxan Sərxan Məmmədov bu əməlləri məhz sosial şəbəkədə yaymaq üçün törətdiyini etiraf edib və hazırda peşman olduğunu bildirib. Şəxs barədə qanunvericiliyə uyğun inzibati tənbeh tədbiri görülüb.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları təhlükəsizlik qaydalarına sözsüz əməl etməyə, ölkəmizdə sürücü mədəniyyətinin formalaşmasına töhfə verməyə, böyüyən gənc nəsilə faydalı nümunə göstərməyə çağırır.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər