Könüllülər yol hərəkəti təhlükəsizliyinin təbliğinə töhfə verir
Ölkə
27.09.2024 11:45
343
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş DYP İdarəsi və beynəlxalq tərəfdaşlarla birgə həyata keçirdiyi layihə çərçivəsində növbəti görüş təşkil edilib. Yol hərəkəti təhlükəsizliyinin təbliğinə dair modul təlim proqramının könüllülərə aşılanması məqsədi daşıyan görüşdə faydalı müzakirələr aparılıb. Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara cəmiyyətləri federasiyası, Türk Kızılayı, eləcə də Baş DYP İdarəsinin dəstəyi ilə beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanan modulda şagirdlər arasında yol hərəkəti qaydalarının tədrisi, bu sahədə könüllülərdən istifadənin əsasları nəzərdə tutulur.
Görüşdə iştirak edən Baş DYP İdarəsinin təmsilçisi Mübariz Ağayev könüllülərə təmsil etdikləri bölgələrin təhsil ocaqlarında yol hərəkəti təhlükəsizliyinin təbliğinə töhfə verəcək sözügedən humanitar layihənin əhəmiyyətindən danışıb, rəy və tövsiyələrini bildirib.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər