Regionlarda “Siqnal” İdarəsi tərəfindən texniki nizamlama vasitələrinə baxış keçirilir
Ölkə
30.09.2024 12:35
423
DİN BDYPİ-nin “Siqnal” İdarəsi tərəfindən yol hərəkətinin təşkilində tətbiq olunan texniki nizamlama vasitələrinin nəzarətdə saxlanılması, istismar prosesində meydana gələn problemlərin vaxtında aradan qaldırılması üçün zəruri tədbirlər görülür. İdarənin regional qurumları tərəfindən bu dəfə Lənkəran, Cəlilabad, Göyçay, Şirvan və Mingəçevir şəhərlərində quraşdırılmış svetafor obyektlərinə texniki qulluq göstərilib, idarəedici qurğularda baş verən nasazlıqlar aradan qaldırılıb.
“Diqqət, uşaqlar!” aylığı çərçivəsində təhsil müəssisələrinə yaxın küçə və prospektlərdə quraşdırılmış svetafor obyektlərinin iş rejimi yoxlanılıb, qurğulara texniki qulluq göstərilib, sıradan çıxan hissələr yenisi ilə əvəz olunub.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər