Əsas səhifəÖlkəNarkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olunub
PAYLAŞ

Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olunub

Ölkə 30.09.2024 15:05 361

Baş Dövlət Yol Polisi İdarəsinin Bakı-Şamaxı-Yevlax yolu üzərində yerləşən stasionar postunda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb.

Belə ki, ötən gün Bakı şəhər sakini Mahir Qasımovun idarə etdiyi “KİA” markalı  avtomobil sərxoşluğa qarşı aparılan reyd zamanı saxlanılarkən sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinə zamanı Mahir Qasımovun narkotik maddə qəbul etməsi müəyyən edilib və o, narkotik istifadəçisi olduğunu etiraf edib.

Bununla yanaşı avtomobilə baxış zamanı oradan xüsusi qablaşdırılmış narkotik vasitə və 1,3 kiloqram qızıl məmulatları aşkar edildiyindən Mahir Qasımov aidiyyəti üzrə ərazi polis orqanına təhvil verilib.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020