Baş Dövlət Yol Polisi İdarəsinin əlverişsiz hava şəraiti ilə bağlı MÜRACİƏTİ
Ölkə
11.10.2024 13:20
399
Sinoptiklərin verdiyi məlumata əsasən, bu gündən başlayaraq oktyabrın 15-dək ölkə ərazisində hava şəritinin qeyri-sabit keçəcəyi, bəzi rayonlarda külək və leysan xarakterli yağışla müşahidə olunan kəskin dəyişməsi gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək fəsadların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlara yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, sürücülərdən sürət həddini hava şəraitinə uyğun seçməyi, külək tutan açıq ərazilərdə ehtiyatlı olmağı, yağışlı havada daha çox ara məsafəsi saxlamağı, qəfil manevr və ya kəskin tormazlama etməkdən çəkinməyi tövsiyə edir.
Qeyri-sabit hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda məsuliyyətli olmağa çağırırıq.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər