Narkotik aludəçisi olan sürücünün məsuliyyətdən yayınmaq cəhdi uğursuz oldu
Ölkə
17.10.2024 13:20
293
Baş Dövlət Yol Polisi İdarəsinin Müşfiqabad qəsəbəsi ərazisində yerləşən stasionar postunda Seymur Salahovun idarə etdiyi “Toyota” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından o, müayinədən keçməyə dəvət edilib. Lakin, S.Salahov məsuliyyətdən yayınmaq məqsədilə tabesizlik göstərərək hadisə yerini tərk edib. Görülən tədbirlərlə S.Salahov saxlanılıb və onun avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən edilib. S.Salahov məhkəmənin qərarı ilə 2 ay müddətində inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi sərxoş vəziyyətdə sükan arxasında əyləşərək digər hərəkət iştirakçılarının həyatını təhdid edən sürücülərin məsuliyyətdən yayınmaq cəhdlərinin əbəs və qanunazidd olduğunu bir daha xatırladır və belə hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər