Əsas səhifəÖlkəBaş DYP İdarəsinin həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏTİ
PAYLAŞ

Baş DYP İdarəsinin həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏTİ

Ölkə 18.10.2024 22:05 113

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda respublikanın ayrı-ayrı rayonlarında yağan yağışın qarşıdakı günlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qarla əvəz olunma ehtimalı var.

Bu, eləcə də hazırda bölgələrdə müşahidə olunan yağışlı hava şəraiti isə yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Xüsusilə gecə və səhər saatlarında dumanlı və ya çiskinli hava görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücünün digər hərəkət iştirakçılarını, nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi həftənin şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin artacağını da nəzərə alaraq, sürücülərə əlverişsiz havada daha diqqətli olmağı, sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020