“Təmiz hava” aylığı davam edir
Ölkə
23.10.2024 14:25
357
Hazırda respublika ərazisində həyata keçirilən “Təmiz hava” aylığı çərçivəsində nəzarət tədbirləri davam edir. Ağsu, Qobustan, Astara, Sumqayıt, Masallı, Gəncə, Beyləqanda təşkil olunan növbəti tədbirlər zamanı DYP və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən atmosferə normadan artıq zərərli maddələr buraxan avtomobil sürücüləri ilə maarifləndirmə xarakterli söhbətlər aparılıb, kobud qayda pozuntuları ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri, sərnişin və yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxsləri istifadələrində olan avtonəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətdə istisamar etməyə çağırır.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər