Əsas səhifəÖlkəSürücülük hüququ olmadan, eləcə də narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs DYP tərəfindən ifşa olunub
PAYLAŞ

Sürücülük hüququ olmadan, eləcə də narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs DYP tərəfindən ifşa olunub

Ölkə 07.11.2024 12:45 541

Baş Dövlət Yol Polisi İdarəsinin Şəmkir rayonu ərazisində yerləşən stasionar postunda Elsevər Pirverdiyevin idarə etdiyi “VAZ” markalı avtomobil nəzarət qaydasında saxlanılıb. Sənədlərin yoxlanılması zamanı Elsevər Pirverdiyevin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı aşkarlanıb və hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Bu zaman Elsevər Pirverdiyev məsuliyyətdən yayınmaq məqsədilə hadisə yerindən qaçmağa cəhd göstərsə də, YPX əməkdaşlarının sayıqlığı nəticəsində yaxalanıb. Tibbi müayinə zamanı onun avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən edilib. Barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə göndərilən Elsevər Pirverdiyev məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs olunub.

Baş Dövlət Yol Polisi İdarəsi hüquqazidd əməllər törədən sürücülərin məsuliyyətdən yayınmaq cəhdlərinin əbəs və qanunazidd olduğunu bir daha xatırladır və belə hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020