Əsas səhifəÖlkəBaş Dövlət Yol Polisi İdarəsindən velosipedçilərə çağırış!
PAYLAŞ

Baş Dövlət Yol Polisi İdarəsindən velosipedçilərə çağırış!

Ölkə 20.11.2024 17:10 19

Velosiped ekoloji, iqtisadi, sağlamlıq baxımından əlverişli nəqliyyat vasitəsidir. Bununla yanaşı, velosipedçilərin yol hərəkətinin müdafiəsiz iştirakçılarından biri olduğunu da unutmamalıyıq. Cari ilin 10 ayı ərzində velosipedçilərin vurulması ilə nəticələnən 20 yol-nəqliyyat hadisəsində 10 nəfərin həyatını itirməsi, 10 nəfərin xəsarət alması da deyilənləri təsdiq edir.

Xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarının kənarında yerləşən yaşayış məntəqələrinin sakinləri arasında velosipeddən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət olunmaması, o cümlədən  sutkanın qaranlıq vaxtı, yaxud məhdud görünmə şəraitində digər hərəkət iştirakçılarının onları aydın görə bilmələri üçün zəruri tədbirlər görmədən, habelə nasaz və lazımınca təchiz edilməmiş velosipedlə yüksək sürətli avtomobil yoluna çıxılması ağırlıq dərəcəsi yüksək olan qəzaların baş verməsinə real zəmin yaradır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha velosipedçiləri, eləcə də ikitəkərli nəqliyyat vasitəsi idarə edən hər bir sürücünü təhlükəsizlik qaydalarına qeyri-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükə atmamağa çağırır!

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020