Baş DYP İdarəsinin YPX Alayının 2-ci taqımının əməkdaşları şagirdlərə küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədilə Xaçmaz rayonunun Qusarçay və Şabran rayonunun Vəlvələ kənd tam orta məktəblərində görüşlər keçirib.
Respublika əhəmiyyətli avtomobil yolunun keçdiyi yaşayış məntəqələrində yerləşən sözügedən təhsil ocaqlarında təşkil olunan görüşlərdə məktəblilərə yol hərəkəti qaydaları ilə bağlı öyrəndikləri biliklərin, yiyələndikləri vərdişlərin hər zaman onların köməyinə çataçağı bildirilib, bu sahədə uşaq və yeniyetmələr arasında məsuliyyət hissinin daha da gücləndirilıməsinin mühüm əhəmiyyət daşıdığı qeyd olunub.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər