YPX əməkdaşları Vətən müharibəsi iştirakçısının həyatını xilas etdilər
Ölkə
28.12.2024 13:40
397
Dekabrın 24-də, saat 18:00 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Sabirabad rayonu ərazisində yerləşən stasionar postuna yaxınlaşan “VAZ” markalı avtomobilin sürücüsü xəstəxanaya apardığı sərnişinin – Vətən müharibəsi iştirakçısının səhhətinin ağırlaşdığını və təcili köməyə ehtiyacı olduğunu bildirib.
Yaranmış vəziyyətə adekvat reaksiya verən YPX əməkdaşlarının çevikliyi sayəsində səhhəti kəskin ağırlaşan sərnişinin vaxtında Şirvan Mərkəzi Xəstəxanasına çatdırılması təmin edilib.
“Vətən müharibəsi iştirakçısı”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunan qazi Kamil Məmmədli xəstəxanadan çıxdıqdan sonra YPX postuna gələrək peşəkar və humanist davranışa görə polis əməkdaşlarına səmimi təşəkkürünü bildirib.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər