Xaçmazda avtomobili narkotik və spirtli içkinin təsiri altında idarə edən 25 sürücü aşkar olunub
Ölkə
21.01.2025 18:05
423
Yol hərəkəti təhlükəsizliyi qaydaları əleyhinə olan hüquqpozmaların qarşısının alınması istiqamətində DYP tərəfindən görülən tədbirlər davam edir.
Xaçmaz rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən növbəti nəzarət-profilaktik tədbirlər zamanı narkotik vasitələrin təsiri altında avtomobil idarə etmələrinə əsaslı şübhələr olan 14 sürücü saxlanılıb. Tibbi müayinə zamanı onların narkotik vasitə qəbul edərək sükan arxasında əyləşdikləri müəyyən olunub. Sürücülər barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və onların hər biri 25 sutka inzibati qaydada həbs edilib.
Beş gün davam edən tədbir zamanı spirtli içki qəbul edərək sərxoş vəziyyətdə avtomobil idarə edən daha 11 sürücü müəyyən olunaraq saxlanılıb və barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər