DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təlim-metodiki toplantısında iştirak edib. Yol-nəqliyyat hadisələri və onların qarşısının alınması yolları barədə çıxış edən təmsilçi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə iştirakçılığın, o cümlədən hərbi qulluqçular arasında davamlı olaraq maarifləndirmə və təbliğat-təşviqat işlərinin aparılmasının vacibliyini qeyd edib, sualları cavablandırıb.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər