Əsas səhifəÖlkəQəbələdə sərxoş və hüquqsuz avtomobil idarə edən şəxsin iştirakı ilə baş verən qəzada bir nəfər həyatını itirib
PAYLAŞ

Qəbələdə sərxoş və hüquqsuz avtomobil idarə edən şəxsin iştirakı ilə baş verən qəzada bir nəfər həyatını itirib

Ölkə 03.02.2025 19:25 626

Ötən gün saat 20 radələrində Qəbələ rayonunun Tövlə kəndinin ərazisində kənd sakini Emin Muşdaqovun idarə etdiyi “VAZ” markalı avtomobillə həmkəndlisi Aqsif Qəriblinin sərxoş vəziyyətdə və hüquqsuz idarə etdiyi eyni markalı avtomobil toqquşub.

Qəza nəticəsində E.Muşdaqovun sərnişini 67 yaşlı Ehsan Siyax oğlu Kərimov hadisə yerində həyatını itirib. Sürücünün özü və digər sərnişini Müslüm Soltanov, eləcə də Aqsif Qəribli və onun sərnişini Gəray Cəbrayılov xəstəxanaya yerləşdiriliblər. Ölən və xəsarət alan şəxslər eyni kəndin sakinləridir. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin sükanı arxasında sərxoş, eləcə də idarəetmə hüququ olmadan əyləşən şəxslərin əksər hallarda nəticəsi faciə ilə bitən kobud qayda pozuntularına yol verdiklərini bir daha xatırladır və bu kimi qanunazidd əməllərə meyilli olan şəxsləri ölüm və ağır xəsarətlərlə nəticələnən sözügedən hadisədən düzgün nəticə çıxarmağa çağırır.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020