Əsas səhifəÖlkəYüksək sürətli yolda nəzarətsiz qalan azyaşlıların köməyinə YPX əməkdaşları çatdı
PAYLAŞ

Yüksək sürətli yolda nəzarətsiz qalan azyaşlıların köməyinə YPX əməkdaşları çatdı

Ölkə 04.02.2025 14:50 716

Respublika əhəmiyyətli avtomobil yollarının keçdiyi yaşayış məntəqələrinin sakinləri ilə davamlı olaraq aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq, hələ də yolu nəzərdə tutulmayan yerlərdən keçərək özlərini təhlükəyə atan piyadalara rast gəlinir.

Bakı-Quba avtomobil yolunun Yeni Yaşma qəsəbəsindən keçən hissəsində qeydə alınan bu görüntülərdə isə yolda nəzarətsiz qalan azyaşlıların köməyinə yenə də ərazidə xidmət aparan YPX Alayının əməkdaşları çatıb.

Baş Dövlət Yol Polisi İdarəsi valideyn məsuliyyətsizliyindən qaynaqlanan belə halların həmişə xoş sonluqla bitmədiyini xatırladır və bir daha piyadalara müraciət edərək onları yol hərəkəti qaydalarını həyati vacib norma olaraq qəbul etməyə, hərəkət zamanı şəxsi məsuliyyət hissini unutmamağa çağırır!

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020