“Siqnal” İdarəsi regionlarda svetoforların fəaliyyətini nəzarətdə saxlayır
Ölkə
05.02.2025 16:10
454
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İdarəsi tərəfindən regionların inzibati ərazilərində quraşdırılmış svetoforların normal işləməsi, istismar prosesində meydana gələn problemlərin vaxtında aradan qaldırılması üçün zəruri tədbirlər görülür.
İdarənin aidiyyəti qurumları tərəfindən bu dəfə Şirvan, Hacıqabul, Sabirabad, Saatlı və Cəlilabadda svetofor obyektlərinə texniki qulluq göstərilib, idarəedici qurğularda baş verən nasazlıqlar aradan qaldırılıb.
Təhsil müəssisələrinə yaxın küçə və prospektlərdə quraşdırılmış svetoforların iş rejimi xüsusi nəzarətdə saxlanılıb, qurğulara texniki qulluq göstərilib, sıradan çıxan hissələr yenisi ilə əvəz olunub.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər