Əsas səhifəÖlkəPiyada məsuliyyətsizliyi növbəti dəfə faciəyə səbəb oldu
PAYLAŞ

Piyada məsuliyyətsizliyi növbəti dəfə faciəyə səbəb oldu

Ölkə 14.02.2025 11:50 145

Dəfələrlə real kadrlara istinad edilərək aparılan təbliğat işlərinə baxmayaraq, təəssüf ki, təhlükəsizlik kimi həyat əhəmiyyətli məsələyə biganə yanaşan piyadaların sayı hələ də çoxluq təşkil edir.

Abşeron və Xəzər rayonlarında qeydə alınan piyadavurma hadisələri deyilənləri bir daha təsdiq edir. Fevralın 12-si saat 07 radələrində Bakı-Şamaxı yolunun 22-ci kilometrliyində Rəsul Rzalınlın idarə etdiyi “Hyundai” markalı avtomobil paytaxt sakini Ramil Babayevi vurub. Fevralın 13-ü, saat 04 radələrində isə “Nissan” markalı avtomobillə Bakı-Mərdəkan yolunda hərəkətdə olan Nurlan Qasımov  paytaxt sakini Günel Şərbətovanı vurub və arxadan gələn “Ford” markalı avtomobil piyadanın üzərindən keçib. Nəqliyyatın intensiv və yüksək sürətlə hərəkət etdiyi yolu qanunla nəzərdə tutulmayan yerdən və heç bir təhlükəsizlik tədbiri görmədən keçməyə çalışan hər iki piyada hadisə yerindəcə həyatlarını itiriblər.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək, onları nümayiş olunan real kadrlardan düzgün nəticə çıxarmağa, yol hərəkəti qaydalarına istisnasız əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının  həyat və sağlamlığına laqeyid yanaşmamağa çağırır. https://www.instagram.com/reel/DGAb1s1tsE1/?igsh=YXlvMXkydGdmZ3Bh

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020