Baş Dövlət Yol Polisi İdarəsi 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edir, cəmiyyətin aparıcı qüvvəsi olan qadınlara hər zaman təhlükəsiz yol arzulayır!
Bu il 8 mart bayramının həftəsonuna təsadüf etməsi küçə və prospektlərdə, istirahət və əyləncə məkanlarında, eləcə də respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artacağını göstərir. Bu isə təhlükəsizlik baxımından hər bir hərəkət iştirakçısından daha çox diqqət və məsuliyyət tələb edir.
Xüsusilə sürücülər sükan arxasında daha da məsuliyyətli olmalı, sürət həddini nəzarətdə saxlamalı, piyada keçidlərində diqqətli davranmalı, qaydalara qeyd-şərtsiz əməl etməlidirlər.
Piyadalar da hərəkət zamanı zəruri ehtiyat tədbirləri görməli, avtomobil yoluna çıxmamalı, yolu yalnız müəyyən olunmuş yerdən keçməlidirlər.
Unutmayaq ki, hər birimizin sağlamlığı və təhlükəsizliyi ilk növbədə özümüzdən asılıdır.
Bir daha bütün qadınları bayram münasibətilə təbrik edir, onların xöşbəxtliyi naminə hər kəsi yol hərəkəti qaydalarına əməl etməyə çağırırıq!
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər