Əsas səhifəÖlkəBaş Dövlət Yol Polisi İdarəsindən xəbərdarlıq: Dumanlı hava yolda təhlükə yarada bilər!
PAYLAŞ

Baş Dövlət Yol Polisi İdarəsindən xəbərdarlıq: Dumanlı hava yolda təhlükə yarada bilər!

Ölkə 17.03.2025 12:55 129

Sinoptiklərin məlumatına əsasən martın 17-də dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomagistrallarda görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

Dumanlı havada yollarda yaranan məhdudiyyətli görünmənin texniki nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında görünməsinə maneə yaratdığını nəzərə alaraq, qeyd olunan bölgələrə səfər edən sürücülərə zəruri ehtiyat tədbirləri görmək, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020