YPX əməkdaşlarının çevik müdaxiləsi təhlükənin qarşısını aldı
Ölkə
19.03.2025 11:50
175
Bu gün Hacıqabul-Horadiz avtomobil yolunun Beyləqan rayonunun İmamverdilər kəndi ərazisindən keçən 111-ci kilometrində yüksək gərginlikli elektrik xəttinin güclü külək səbəbindən qırılaraq yolun hərəkət hissəsinə düşməsi əhali və yol hərəkəti iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb.
Ərazidə xidmət aparan Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının 12-ci taqımının əməkdaşlarının çevik müdaxiləsi ilə qəzanın nəticələri aidiyyəti qurumlarla birgə aradan qaldırılıb, yolda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər