Əsas səhifəÖlkəBaş Dövlət Yol Polisi İdarəsinin səfərdən dönən yol hərəkəti iştirakçılarına M Ü R A C İ Ə T İ
PAYLAŞ

Baş Dövlət Yol Polisi İdarəsinin səfərdən dönən yol hərəkəti iştirakçılarına M Ü R A C İ Ə T İ

Ölkə 29.03.2025 14:15 123

Bayram tətilində ayrı-ayrı bölgələrə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə əlaqədar magistral yollarda hərəkət intensivliyinin artması müşahidə olunur.

Baş Dövlət Yol Polisi İdarəsi Novruz şənliklərinin arzuolunmaz hadisələr fonunda bitməməsi üçün yol hərəkəti iştirakçılarına müraciət edərək onlardan təhlükəsizlik qaydalarına əməl etməyi, sürücülərdən yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi, sərnişinlərdən isə belə hallara qarşı biganə qalmamağı xahiş edir.

Xüsusilə sürücüləri yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə çağırırıq.

Xatırladırıq ki, uzaq məsafə qət edən sürücü və sərnişinlər qısa müddətli istirahət üçün DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılmış şəraitdən istifadə edə bilərlər.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020