Əsas səhifəÖlkəAvtomobili etibarnaməsiz idarə edən sürücünün narkotik aludəçisi olması aşkarlandı
PAYLAŞ

Avtomobili etibarnaməsiz idarə edən sürücünün narkotik aludəçisi olması aşkarlandı

Ölkə 14.04.2025 14:20 474

Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olan “VAZ” markalı avtomobil Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb. Sənədlərin yoxlanılması zamanı məlum olub ki, sürücü Vəzir Canatov avtomobili etibarnaməsiz idarə edir.

Bununla yanaşı, hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub. Müayinə zamanı narkotik vasitə qəbul etməsi  təsdiq olunan V.Canatov məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020