Baş Dövlət Yol Polisi İdarəsinin məlumatı: Bakı-Şamaxı-Yevlax avtomobil yolunda yaranan maneə aradan qaldırıldı
Ölkə
07.05.2025 18:10
380
Yağan intensiv yağışlar nəticəsində dağlıq relyefdə formalaşan daşlı-çınqıllı palçıq kütləsi ötən gün Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 80-89-cu kilometrliyində hərəkət hissəsinə dolaraq nəqliyyatın hərəkətini mümkünsüz edib.
Ərazidə xidmət aparan YPX Alayının III taqımının əməkdaşları tərəfindən dərhal zəruri təhlükəsizlik tədbirləri görülüb, istiqamət dəyişdirilməklə nəqliyyatın hərəkətində fasiləsizlik təmin edilib.
Aidiyyəti qurum tərəfindən aparılan təmizlik işlərindən sonra hərəkətin təşkilində edilən dəyişiklik aradan qaldırılıb və hazırda sözügedən yolda nəqliyyatın maneəsiz hərəkəti tam bərpa olunub.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər