Baş Dövlət Yol Polisi İdarəsi təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir
Ölkə
19.05.2025 09:35
259
Respublikanın təhsil müəssisələrində yol hərəkəti təhlükəsizliyinin təşviqi məsələlərinin daha geniş vüsət alması istiqamətində tədbirlər davam etdirilir.
Elm və Təhsil Nazirliyinin struktur qurumları ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən növbəti belə tədbir Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə təşkil olunub.
Bakı şəhər 1 nömrəli və Sumqayıt şəhər 2 nömrəli UGİM-in də dəvət olunduğu tədbirdə 6 komanda arasında intellektual yarış keçirilib. Bununla yanaşı, şagirdlərin ifasında yol hərəkəti qaydalarına və təhlükəsiz davranış vərdişlərinə həsr edilmiş mahnı, rəqs və teatr səhnəcikləri nümayiş olunub.
Tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi çıxış edərək, yol hərəkəti təhlükəsizliyi ilə bağlı təhsil ocaqlarında həyata keçirilən maarifləndirmə xarakterli tədbirlərin müstəsna əhəmiyyət daşıdığını bildirib, yarışda qalib gələn komandaları təltif edib.
Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.
Rəylər