Əsas səhifəÖlkə“Yol Polisimizlə bir gün” adlı tədbir uğurla yekunlaşdı
PAYLAŞ

“Yol Polisimizlə bir gün” adlı tədbir uğurla yekunlaşdı

Ölkə 02.06.2025 11:15 51

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində məktəblilərin yol hərəkəti təhlükəsizliyi sahəsində maarifləndirilməsi məqsədilə “Yol Polisimizlə bir gün” adlı silsilə tədbirlər həyata keçirilib.

Üç gün ərzində davam edən tədbirlər çərçivəsində müxtəlif məktəblərin şagirdləri Baş Dövlət Yol Polisi İdarəsində qonaq olublar. Onlara yol hərəkətinin təhlükəsiz təşkili, patrul xidmətinin gündəlik fəaliyyəti, habelə texniki nəzarət və müşahidə vasitələrinin tətbiqi ilə bağlı geniş məlumat verilib.

Şagirdlərə yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması üçün görülən tədbirlər izah olunub, eləcə də Yol Patrul Xidmətinin praktiki fəaliyyəti nümayiş etdirilib.

Görüşlərin sonunda məktəblilərin sualları cavablandırılıb, onlara xatirə hədiyyələri təqdim olunub.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020