Əsas səhifəÖlkəAvtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə yayan sürücü saxlanıldı
PAYLAŞ

Avtoxuliqanlıq edərək görüntüləri sosial şəbəkədə yayan sürücü saxlanıldı

Ölkə 10.06.2025 15:00 29

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə "VAZ 2107" markalı avtomobilin sürücüsü Mahir Qabil  oğlu Məmmədlinin Ələt-Astara magistral avtomobil yolunda ictimai qaydanı kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyinə dair sübutlar toplanıb.

Araşdırma zamanı məlum olub ki, M.Məmmədli nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edib və həmin təhlükəli hərəkətləri videoya çəkərək sosial şəbəkələrdə yayımlayıb. Onun törətdiyi hərəkətlər digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaradıb.

Toplanmış materiallar məhkəməyə təqdim olunub və məhkəmənin qərarı ilə Mahir Məmmədli 1 il müddətinə nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilib, eyni zamanda 15 sutka inzibati qaydada həbs olunub.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha çağırış edir: Yol hərəkəti qaydalarına əməl etmək təkcə qanunun tələbi deyil, həm də insan həyatına verilən dəyərin göstəricisidir. Qaydalardan kənar davranışlar təhlükə yaradır və hüquqi məsuliyyət doğurur.

Hər kəsi diqqətli olmağa və yolda nümunəvi davranış sərgiləməyə dəvət edirik.

Unutmayaq ki, Yol hərəkəti təhlükəsizliyi – hər kəsin məsuliyyətidir!

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020