Əsas səhifəÖlkəYPX əməkdaşlarının çevik müdaxiləsi yanğının qarşısını aldı
PAYLAŞ

YPX əməkdaşlarının çevik müdaxiləsi yanğının qarşısını aldı

Ölkə 03.07.2025 10:35 167

Ağsu rayon sakini Əzizaman İsmayılov idarə etdiyi yük avtomobili ilə magistral yolda hərəkətdə olarkən nəqliyyat vasitəsinin mühərrikində tüstülənmə müşahidə edib. Tüstünün getdikcə yanğına çevrildiyini görən sürücü avtomobili DYP-nin stasionar postuna sürərək kömək istəyib.

YPX əməkdaşlarının çevik müdaxiləsi nəticəsində alov söndürülüb, avtomobilin və daşınan yükün yanaraq sıradan çıxmasının qarşısı alınıb.

Sürücü düşdüyü çətin vəziyyətdə köməyinə çatan polis əməkdaşlarına səmimi təşəkkürünü bildirib.

Baş Dövlət Yol Polisi İdarəsi vətəndaş məmnunluğunun təmin edilməsinin xidməti  vəzifə borcu olduğunu vurğulayır, bununla yanaşı yay aylarında analoji hadisələrin sayının artmasını nəzərə alaraq, sürücülərə nəqliyyat vasitələrinin texniki sazlığını daim diqqət mərkəzində saxlamağı tövsiyə edir.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020