Əsas səhifəÖlkəBaş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edir: İsti hava nasaz avtomobildə yanğın ehtimalını dəfələrlə artırır!
PAYLAŞ

Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edir: İsti hava nasaz avtomobildə yanğın ehtimalını dəfələrlə artırır!

Ölkə 17.07.2025 16:35 127

Yay mövsümü üçün xarakterik olan isti hava texniki-təhlükəsizlik baxımından nasaz, istismara yararsız nəqliyyat vasitələrində yanğın ehtimalını dəfələrlə artırır. Avtomobilin mühərrik sistemində, elektrik naqillərində, təkər və ya şinlərində mövcud olan nasazlıqlar isti hava şəraitində özünü daha tez biruzə verir ki, bu da yanğınla müşahidə edilən ağır fəsadlara, yolda ləngimələrə, ətraf mühitin çirklənməsinə gətirib çıxarır.

Baş Dövlət Yol Polisi İdarəsi son günlər bu qəbildən olan hadisələrin sayının artmasını nəzərə alaraq, bir daha sürücülərə avtomobilin texniki sazlığını daim nəzarətdə saxlamağı, texniki-təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, uzaq məsafələrə səfərlər zamanı avtomobili texniki müayinədən keçirməyi, avtomobili standartlara uyğun və yararlı odsöndürənlə təchiz etməyi və ondan istifadə qaydalarını mənimsəməyi tövsiyə edir.

Məlumatı AvtoYol.az dyp.gov.az-a istinadən təqdim etdi.


MƏNBƏ: dyp.gov.az

Oxşar Xəbərlər

Rəylər

Fəaliyyətimizə siz də töhvə verin

Avtoyol.az saytı "Yol Əhvalatı" adlı rubrikasını təqdim edir.  Rubrikada izləyicilərimizin yolda şahidi olduğu və ya ...

ƏTRAFLI

ƏLAQƏ

Bakı şəhəri
Telefon: +994507882020
WhatsApp: +994507882020